Maskanı burundan aşağıda saxlayanların – Nəzərinə

0
966

Maskadan istifadə edənlərin sayı artıb. Lakin təəssüf ki, ondan düzgün istifadə edilmir.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdirinin dediyinə görə, çox vaxtlar taxılan maskanı burundan aşağıda saxlayırlar. Əlbəttə, başa düşmək olar. Hava istidir, nəfəs almaq çətindir, amma maska burundan aşağı saxlanılırsa, onda onu taxmağın heç bir xeyri yoxdur. Bu, guya maska taxıldığı barədə sadəcə bir görüntü xarakteri daşıyır. Yaxud maskanı çənəyə endirmək və ona tez-tez əl vurmaq da əslində problem yaradan haldır, çünki ona tez-tez əl vuranda və toxunanda çöl hissədə virus varsa, ona toxunur və əlimizlə onu yayırıq.