Maska taxılmaması və səhv taxılmasına görə cərimələr tətbiq olunub

0
369

Koreya Respublikasının hakimiyyəti noyabrın 13-dən etibarən ictimai yerlərdə və nəqliyyatda maskaların taxılmaması və ya düzgün istifadə edilməməsinə görə vətəndaşları cərimələməyə başlayacaqlar.

Yoluxucu xəstəliklərin profilaktikası haqqında qanuna edilən dəyişikliyə görə, cərimə 100 min von (95 dollar) təşkil edəcək.

İctimai nəqliyyət, xəstəxanalar və digər ictimai yerlərdən başqa maskaların taxılması infeksiya yayılma riski artan iş yerlərinə aid olan çağırış mərkəzləri, paylama və logistika mərkəzləri, qapalı idman obyektləri və həmçinin 500-dən çox olduğu tədbirlər zamanı da məcburidir.

Eyni zamanda, ölkə hakimiyyə ümumiyyətlə vətəndaşlara qoruma vasitələri olmadan evlərini tamamilə tərk etməmələrini tövsiyə edirlər.