İqlim fəalları bu dəfə Londondakı “Tesla” mağazasında robota narıncı boya töküblər.
“Just Stop Oil” təşkilatının iki fəalı amerikalı sahibkar İlon Maska etiraz əlaməti olaraq ona məxsus “Tesla” şirkətinin qərbi Londonda yerləşən mağazasında aksiya keçirib. Onlar nümayiş üçün qoyulmuş displeyə çıxaraq “Optimus” adlı insanabənzər robota narıncı boya töküblər.
Qeyd edək ki, son həftələrdə ABŞ və Avropanın bəzi “Tesla” mağazalarında İlon Maskın siyasi fəaliyyəti ilə bağlı həm dinc, həm də pozucu etiraz aksiyaları baş verib.