Mask açıqladı: İlk dəfə insana beyin çipi köçürülüb

0
181

ABŞ-ın “Neuralink” neyrotexnologiya şirkətinin qurucusu İlon Mask insana ilk dəfə beyin çipinin yerləşdirildiyini açıqlayıb.

Bərpa prosesinin yaxşı getdiyini bildirən Mask, ilk nəticələrin ümidverici olduğunu bildirib.

İlk “Neuralink” məhsulunun adının “Telepatiya” olduğunu bildirən Mask, telefon və ya kompüter kimi, demək olar ki, hər bir cihazın idarəetməni yalnız düşünərək təmin etdiyini açıqlayıb.

Mask ilk istifadəçilərin əzalarının fəaliyyət qabiliyyətini itirmiş insanlar olacağını qeyd edib:

“Təsəvvür edin ki, Stiven Hokinq sürətli katib və ya auksionçudan daha sürətli ünsiyyət qura bilir. Məqsəd budur”.

Mask və bir qrup mühəndis tərəfindən 2016-cı ildə qurulan “Neuralink” beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etmək və əlillərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır.