ABŞ-ın müdafiə naziri Pit Heqset mayın 21-də Pentaqonda milyarder İlon Maskla görüşüb.
Bu barədə “Reuters” rəsmilərə istinadən məlumat yayıb.
Maskın ABŞ Müdafiə Nazirliyi ilə bir sıra müqavilələri, o cümlədən Ukraynada “Starlink” peyk terminallarının yerləşdirilməsi üçün “SpaceX” ilə müqaviləsi var. Həmçinin hesab edilir ki, Maskın şirkəti “Qızıl Qübbə” raketdən müdafiə qalxanının yaradılması üçün böyük müqavilə bağlaya bilər.
Pentaqonun sözçüsü Sean Parnell bildirib ki, Pentaqon ABŞ ordusunun 21-ci əsrin təhdidlərinə hazır olmasını təmin etmək üçün süni intellekt sistemləri hazırlayan şirkətlərin rəhbərləri ilə işləmək niyyətindədir.