Donald Tramp prezident seçkilərində qalib gəlsə, Amerika üçün əyləncəli dövr başlayacaq.
Bunu amerikalı milyarder İlon Mask sosial şəbəkədə bildirib.
“Respublikaçı namizəd Trampın ikinci müddəti ABŞ üçün ən əyləncəli vaxt olacaq. Bu, sadəcə heyrətamiz olacaq”, – Mask bildirib.
Daha əvvəl Mask Amerika Birləşmiş Ştatlarında keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının və onların namizədi Donald Trampın sarsıdıcı qələbə qazanacağını proqnozlaşdırmışdı.
Xatırladaq ki, Amerikada seçkilər noyabrın 5-də keçiriləcək. Kamala Harris Demokratlar Partiyasını, Donald Tramp isə Respublikaçılar Partiyasını təmsil edəcək.