Maşının şüşəsinə bayraq vuranların nəzərinə

0
407
Maşının şüşəsinə bayraq vuranların nəzərinə

“Şəxsi nəqliyyat vasitələrinin müxtəlif hissələrinə – şüşələrinə, kuzaya bayraq vurula bilməz”.

Bu barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Feysbuk hesabında paylaşım edib.

O bildirib ki, nəqliyyat vasitələrində vurulan bayraq pərdə, günlük kimi istifadə olunmamalıdır:

“O, bayraqlar yağışın, küləyin təsirinə məruz qalır. Bunu nəzərə alaraq, yol polisi tərəfindən bu istiqamətdə profilaktik tədbirlər görülür.

Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında Qanuna görə Dövlət Bayrağının yerləşdirilməli olduğu yerlər sırasında şəxsi nəqliyyat vasitələrinin şüşə və kuzalarına bayraq vurulması ilə bağlı qeyd yoxdur.

Nəqliyyat vasitələrinin sürücüləri və sahibləri bu halları vaxtında aradan qaldırılmalıdır ki, yollarda narahatlıq yaranmasın”.