Maşını qaldıraraq, qadını belə çıxardılar – VİDEO

0
347

Maşının altına düşən qadını xilas etmək üçün yoldan keçənlər köməkləşərək avtomobili qaldırıblar.

Bu barədə “New York Post” xəbər yayıb.

Məlumata görə, hadisə ABŞ-ın Nyu-York şəhərində baş verib.

Şahidlərdən birinin sözlərinə görə, toqquşma səsi və qışqırıq eşidib.

“Mən yaxınlaşanda yolayrıcında çoxlu adam toplaşmışdı. Birdən hamı maşını qaldırmağa başladı. Hər şey qəfil baş verdi”, – deyə o bildirib.

Qadının vəziyyəti barədə dəqiq məlumat yoxdur. Bununla belə, polis hadisə yerinə gələndə o, özündə olub və telefondan istifadə edib.