“Masdar” şirkəti Qarabağda layihələr üzərində işləyir – Baş direktor

0
327

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti (Abu Dhabi Future Energy Company) Qarabağda layihələr üzərində işləyir.

Bunu  şirkətin baş direktoru Məhəmməd Cəmil əl-Ramahi deyib.

“Biz Kəlbəcər və Laçında 100 meqavatt gücündə külək elektrik stansiyasının tikintisi, eləcə də azad edilmiş ərazilərdəki “ağıllı” şəhər və kəndlərdə 150 meqavatt gücündə günəş batareyaları layihəsi üzərində işləyirik”, – deyə o bildirib.

M.əl-Ramahi vurğulayıb ki, şirkət Azərbaycanın enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir.

“Azərbaycan “yaşıl enerji” sektorunda böyük potensiala malikdir və biz layihələrin inkişafında iştirak etməkdən məmnun olarıq”, – şirkətin baş direktoru deyib.