Masazırda müəllim şagirdə “anormal” dedi və cəzalandırıldı-FOTO

0
482

Masazırda yerləşən məktəblərdən birinin sinif rəhbərinin onlayn dərs zamanı 3-cü sinif şagirdinə xoşagəlməyən ifadələrlə müraciət etməsi ilə bağlı məsələ sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Valideyn müəllimin bu addımını övladını onun yanından hazırlıqdan çıxartması ilə əlaqələndirib.

Valideyn qeyd edib ki, sinif rəhbəri uşaqlara normal dərs keçmir:

“Bunu da ona görə edir ki, valideyn əlavə 50 manat verib uşağını onun yanına hazırlığa göndərsin. Qızım 2 ay hazırlığa getdi, lakin maddi durumun çətin olmasına görə saxladıq. Uşağı hazırlıqdan çıxardığımız üçün müəllim qızımla prinsip aparıb ayrı-seçkilik etməyə başlayıb. Onlayn dərsdə

uşağa “anormalsan”, “korsan” deyib sinif yoldaşlarının yanında təhqir edib, alçaldıb. Onu da bildirim ki, qızımın gözündə zəiflik var və eynək taxır. Bu səbəbdən uşağımın psixoloji travma almasından ehtiyat edirəm. Mədəni şəkildə müəllimdən bu davranışın səbəbini soruşduqda cavabında xoş olmayan ifadələr alıb. Bütün valideynlər müəllimin belə kobudluğundan şikayətçidir”.

Masazırda müəllim şagirdə "anormal" dedi və cəzalandırıldı-FOTO