Masallıda ad günü keçirənlər cərimələndi

0
330

Xüsusi karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Keçirilən növbəti tədbirlər zamanı Masallı şəhər sakini Söhrab Məmmədovun karantin rejiminin qaydalarını pozaraq şəhərdəki restoranlardan birində ad günü məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin məclisdə iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. Obyekt sahibi, məclisin təşkilatçısı da daxil olmaqla ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb.