Təkəli kəndindəki məsələnin üzərində işləyirik. Bu barədə artıq həm quberniyanın, həm aidiyyatı qurumların, eləcə də mərkəzi hökumətin məlumatı var”.
Bu barədə Gürcüstanın Marneuli rayonunun meri Kənan Ömərov açıqlama verib.
Mer qeyd edib ki, məsələnin həlli ilə bağlı üzərində iş gedir.
Xatırladaq ki, bu gün Marneuli Bələdiyyəsinin Təkəli kənd sakinləri əkin sahələrinin naməlum şəxslər tərəfindən əllərindən alındığı ilə bağlı etiraz aksiyası keçiriblər.