Maraq qadını öldürdü

0
466

Rusiyanın Podmoskovye ərazisində biznesmenin arvadı yanğınsöndürənin gülləsinə tuş gəlib.

REN TV-nin xəbərinə görə, Myasnoe kəndində sərxoş yanğınsöndürən yaşadığı həyətdən havaya atəş açıb.

Nə baş verdiyini öyrənmək istəyən bir qadın pəncərədən çölə baxanda, güllə ona dəyərək öldürüb.

Mərhum yerli iş adamının arvadı olub.

Atəş açan yanğınsöndürən isə tutulub.