Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi – RƏSMİ

0
427

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. 

Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb. 

Sentyabrın 18-də o, Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Qeyd edək ki, bir müddət əvvəl Ukraynanın Təhlükəsizlik Xidməti Maqsud Mahmudovun saxlanıldığı barədə məlumat yayıb. Onun paytaxtda yalnız taksi xidmətindən istifadə edib və tez-tez telefon nömrələrini dəyişib.

O, daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub.