Maqnit qasırğası yenidən Yeri bürüyəcək

0
101

G2 sinifli maqnit qasırğası həftənin sonunda avqustun 3-dən 4-nə keçən gecə baş verəcək.

Bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasının proqnozunda deyilir.

Qasırğanın pik nöqtəsi Bakı vaxtı ilə saat 01:00-da baş verəcək.

Səhər saat 07:00-dan sonra maqnitosfer sakitləşəcək. Maqnit qasırğasının başlamasından bir gün sonra geomaqnit vəziyyət sabitləşəcək.

Avqustun 4-də maqnit qasırğası ehtimalı 30% təşkil edir. Bundan əlavə, avqustun 3-ü ərəfəsində maqnit qasırğası güclənə bilər. Bu hadisənin başvermə ehtimalı da 30%-dir.