Maqnit qasırğası baş verəcək

0
12

Martın 9-na keçən gecə Yer kürəsində zəif maqnit qasırğası baş verib.

“mk.ru” bu barədə Rusiya Kosmik Tədqiqatlar İnstitutunun nəzdindəki Günəşin rentgen astronomiya laboratoriyasının və Rusiya Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutunun məlumatlarına istinadən bildirib.

Alimlərin fikrincə, planetdə baş verən maqnit qasırğası zəif olub. Müvafiq göstərici G1 kateqoriyasından yuxarı qalxmayıb.

Maqnit qasırğası artıq başa çatıb. Hazırda Yerin maqnitosferi sabitləşib.

Eyni zamanda mütəxəssislər martın 10-na keçən gecə planetdə növbəti maqnit qasırğasının baş verə biləcəyi barədə xəbərdarlıq ediblər. Onun gücünün də G1-dən yüksək olmayacağı təxmin edilir.

Qeyd edək ki, qeomaqnit qasırğaları Kp indeksinə əsasən ölçülür və G1-dən (zəif) G5-ə (ekstremal) qədər sıralanır.