İngiltərə Futbol Çempionatının 19-cu turu çərçivəsində “Mançester Siti” doğma meydanda “Lester” komandasını 6:3 hesabı ilə məğlub edib.
Qaliblərin heyətində Kevin De Bruyne (5-ci dəqiqə), Riyad Marez (14, penalti), İlkay Gündoğan (21), Rəhim Sterlinq (25, penalti, 87) və Emerik Lyaport (69) fərqləniblər. “Lester”in heyətində qolları Ceyms Meddison (55), Ademola Lukman (59) və Keleçi İheanaço (66) vurublar.“Mançester Siti” Premyer Liqada ardıcıl 9-cu qələbəsini qazanıb və 19 oyundan sonra 47 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. 17 oyundan sonra 22 xal toplayan “Lester” onuncu pillədə qərarlaşıb.