Manatın məzənnəsi möhkəmlənib RƏSMİ

0
348

2021-ci ildə Azərbaycan manatının nominal effektiv məzənnəsi 12,1 faiz möhkəmlənib. 

Bu barədə Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov məlumat verib.

O bildirib ki, bu möhkəmlənmə 2022-ci ildə də inflyasiyaya azaldıcı təsir göstərəcək: 

“Ölkədə qəbul edilmiş makroiqtisadi sabitlik çərçivəsi və onun təsiri altında formalaşan monetar şərait qiymətlərin daha yüksək templə artmasının qarşısını alır. Monetar göstəricilər arasında xüsusilə də nominal effektiv məzənnənin dəyişimi idxal inflyasiyasını məhdudlaşdırır”.

Mərkəzi Bankın departament direktoru əlavə edib ki, ötən il manatın ABŞ dolarına nəzərən ikitərəfli məzənnəsinin valyuta təklifi kanallarının genişlənməsi şəraitində formalaşmasının inflyasiyanın məhdudlaşdırılmasında və inflyasiya gözləntilərinin tənzimlənməsində mühüm rolu olub:

“2021-c ildə Mərkəzi Bankda təşkil edilən valyuta hərraclarında 70 faiz təklif tələbi üstələyib. Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alış yönümlü olub. Dedollarizasiya proseslərinin davam etməsi də valyuta bazarında təklifi dəstəkləyib. Milli valyutada yığımların cəlbediciliyinin qorunması və depozitlərin kredit qoyuluşlarına nisbətən daha yüksək templə artması məcmu tələb vasitəsilə inflyasiyaya azaldıcı təsir göstərən amillərdən olub”.