Cari geosiyasi və geoiqtisadi vəziyyət, tədiyə balansının cari əməliyyatlar hesabının, fiskal büdcənin profisitliyini, inflyasiyanın artışını nəzərə alsaq, Mərkəzi Bankın hazırkı prioriteti sabit məzənnə rejimində davam etməkdir.
bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, üzən məzənnə fundamental yanaşma tələb edir:
“Üzən məzənnə rejiminə keçməmişdən əvvəl fundamental infrastruktur dəyişiklikləri olmalıdır”.