Amerikanın “Colossal Biosciences” şirkəti 2028-ci ilə qədər mamontları diriltməyə hazırlaşır.
Bu barədə REN TV məlumt yayıb.
Qeyd edilib ki, bu şirkət biotexnoloji və gen mühəndisliyi inkişafı üzrə ixtisaslaşıb.
Mütəxəssislərin planına görə, surroqat ana olacaq hind fili bala mamontu daşımalı və dünyaya gətirməlidir. Eksperimentdə əbədi buzlaqda aşkar edilmiş yunlu mamontun DNT-sindən istifadə edilməsi planlaşdırılır.
Qeyd edilib ki, artıq bir neçə ildir ki, təcrübəyə hazırlıq gedir.
Şirkətin bu istiqamətdə artıq müsbət təcrübəsi var – məsələn, yunlu siçan yetişdirməyi bacarıb. 38 fərd artıq laboratoriya şəraitində yetişdirilib, onların “mamont” kürkü və sürətlənmiş lipid mübadiləsi var.
Eyni zamanda, siçanların özləri mamonta gedən yolda aralıq addım deyil, şirkətin baş direktoru Ben Lamm əmin edib ki, onların vəzifəsi yalnız mamontu canlandırmağa söz verən müvafiq texnologiyaların sınaqdan keçirilməsidir. Digər planlara Tasmaniya pələnginin və dodo quşunun reintroduksiyası daxildir.