“Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” təsdiq edilib.
Bununla bağlı Maliyyə naziri Samir Şərifov qərar imzalayıb.
S.Şərifov qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıb.
Bu qaydalar “Mühasibat uçotu haqqında” qanun, 2018-ci il 4 may tarixli 1140-VQD nömrəli qanunun tətbiqi və Prezidentin 2018-ci il 1 iyun tarixli 105 nömrəli fərmanı, Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (KOS üçün MHBS) əsasında hazırlanıb.
Bu qaydalar “Mühasibat uçotu haqqında” qanunun tələblərinə uyğun olaraq maliyyə hesabatlarını KOS üçün MHBS-a uyğun tərtib edən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə şamil edilir.
Mühasibat uçotu subyektləri KOS üçün MHBS-a uyğun tərtib olunan avtomatlaşdırılmış proqramlar əsasında mühasibat uçotunu aparmaq və maliyyə hesabatlarını tərtib etmək hüququna malikdirlər.