Makronun islam düşmənçiliyi dövlət siyasətinin tərkibinə çevrilib”

0
169

Makronun islam düşmənçiliyi, eləcə də bu ölkədə müsəlmanlara qarşı tətbiq edilən zorakılıq dövlət siyasətinin tərkibinə çevrilib”.

Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Korsika məsələsi və təməl insan hüquqlarının pozulması” mövzusunda QHT-lərin təşəbbüsü ilə keçirilən ictimai müzakirə zamanı deyib.

Onun sözlərinə görə, Emmanuel Makron Avropada sağçı siyasətin əsas nümayəndələrindən biridir:

“Elə bu səbəbə görə də Avropanın aparıcı dövlətlərindən olan Fransa siyasətindəki radikallaşan sağçılıq islamofobiyanın şiddətini getdikcə daha da artırır. Makron bu siyasətini terrorizmlə mübarizə bəhanəsi ilə leqallaşdıraraq legitimləşdirib. Fransada fəaliyyət göstərən İslamofobiyaya Qarşı Kollektiv mübarizə təşkilatı bu ölkədə İslama və müsəlmanlara qarşı artan təqiblərin qarşısını almaq üçün mütəşəkkil mübarizə aparmağına baxmayaraq, islamofobiya ildən-ilə daha da artır”

Deputat bildirib ki, Fransadakı irqi ayrı-seçkilik, insanlara qarşı diskriminasiya, ksenofobiya, təməl insan haqlarının açıq-aşkar pozulması artıq bu ölkənin qanunvericiliyində də öz əksini tapıb:

“Belə ki, bir neçə il bundan öncə Fransada qəbul edilən “Terrorizm və separatizmlə mübarizə haqqında” qanun da əslində bu ölkədə din və vicdan azadlığını məhdudlaşdırır. Hesab edirəm ki, Avropa Birliyi ölkələrində, xüsusən də Fransada islamofobiyanın beynəlxalq təşkilatlar tərəfindən nifrət cinayəti kimi rəsmiləşdirilməsinin və tanınmasının zamanı gəlib və buna ciddi zərurət duyulur