Makrondan şok: Bu sözü Türkiyəyə görə dedim!

0
384

“NATO-nun beyin ölümü gerçəkləşdi” sözünü Türkiyəyə görə söylədim.

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

“Türkiyə 2 il əvvəl Suriyanın şimalında ABŞ və Fransa ilə koordinasiya qurmadan əməliyyat keçirdi. Bu əməliyyat Fransa hərbçiləri bölgədə olarkən baş tutdu. Ankara Suriya Demokratik Qüvvələrinin (SDQ) PKK olduğunu iddia edərək əməliyyata başladı. Bəziləri üçün bu düzgün mövqedir. Bizim dəstəklədiyimiz qüvvələrə qarşı müharibə başladıldı. Nəticədə NATO, ABŞ və Fransanın bölgədəki etibarlılığı tamamilə məhv oldu”, – Makron bildirib.

Fransa lideri iddia edib ki, bizlə koordinasiyaya girmədikləri üçün Türkiyəyə güvənə bilmərik:

“Türkiyə Suriya, Liviya, Qarabağ və Aralıq dənizinin Şərq hissəsində AB və NATO-dakı tərəfdaşlarına qarşı sistematik davranış sərgilədi. “NATO-nun beyin ölümü” ifadəsini buna görə söylədim. Ankara ilə hansı məsələləri həll etmək istəyirik? Liviyadakı vəziyyəti həll etmək, adıçəkilən ölkədə türk hərbçilərindən xilas olmaq”, – deyə o bildirib.