Fransa və Ukrayna prezidentləri Emmanuel Makronla Vladimir Zelenski Parisdə görüşüblər.
Makron Yelisey sarayında Zelenski ilə birgə mətbuat konfransı keçirib.
Konfransda Fransanın Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi ayıracağı açıqlanıb.
“Bu gün Ukraynaya 2 milyard avro məbləğində yeni dəstək paketini elan etmək istərdim. Bu dəstək Ukrayna Silahlı Qüvvələrinin prioritet ehtiyaclarına uyğun olmalıdır”, – Makron bildirib.
Məlumata görə, yardım paketinə MILAN tank əleyhinə raketlər; hava hücumundan müdafiə vasitələri: MICA raketləri; aviasiya üçün raketlər (“Mirage” təyyarələrinin təchizatı); “Mistral” yerüstü müdafiə raketləri; AMX-10RC zirehli maşınları; distant idarə olunanlar da daxil olmaqla döyüş sursatları daxildir.
Həmçinin Fransanın müdafiə müəssisələri ilə əməkdaşlıq çərçivəsində Ukraynada texnika istehsalı maliyyələşdiriləcək.
Qeyd edək ki, Zelenski martın 27-də keçiriləcək təhlükəsizlik sammitinə hazırlıq məqsədilə Parisə səfər edib.