Makron özünə uyğun kadr tapmır: Fransa hökumətsiz qalıb – TƏZYİQLƏR ARTIR

0
56

Fransa prezidenti Emmanuel Makron ölkənin yeni baş nazirini təyin edə bilmədiyi üçün təzyiqlərlə üzləşib.

Bu barədə “Politico” məlumat yayıb.

“Həftələrlə dərinləşən siyasi böhrandan sonra Makron baş nazir təyin etmədiyi üçün təzyiqlərə məruz qalır”, – nəşr yazır.

Qeyd olunur ki, çoxları Fransa liderinin 31 avqust və ya sentyabrın 1-də yeni hökumət başçısı təyin edəcəyini gözləsə də, Makron bunu etməyib.

Materialda bu vəzifəyə namizədlərdən birinin Fransanın keçmiş baş naziri Bernard Kazneuve olduğu bildirilir, lakin siyasətçinin komandası onun “özünü namizəd hesab etmədiyini” bildirib. Kazneuve komandasının dediyinə görə, “ondan xahiş edilərsə” yenidən Fransanın baş naziri olmağa hazırdır.

Xatırladaq ki, Fransanın baş naziri Qabriel Attal iyulun 16-da istefa vermişdi.