Makron imicini belə xilas etmək istəyir: 34 yaşlı gey Fransanın baş naziri olacaq?

0
172

Böyük ehtimalla, Fransanın təhsil naziri Qabriel Atal ölkənin baş naziri vəzifəsində Elizabet Bourneni əvəz edəcək.

Bu barədə “France-Presse” (AFP) Yelisey sarayındakı mənbələrə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, bu varis seçimi ilə Fransa lideri Emmanuel Makron nüfuzdan düşən imicinə yeni nəfəs verməyə çalışır.

Evli homoseksual olan 34 yaşlı Atal hökumət başçısı təyin olunarsa, Fransa tarixində ən gənc baş nazir olacaq.