Makron 3 şəhərin adını çəkdi: Avropa qoşunlarını göndərə bilər

0
9

Fransa Prezidenti Emmanuel Makron Avropanın öz qoşunlarını göndərə biləcəyi üç Ukrayna şəhərinin adını çəkib.

Makronun fikrincə, Avropa ölkələri öz sülhməramlılarından ibarət hərbi kontingenti Ukraynanın Kiyev, Lvov və Odessa şəhərlərinə göndərə bilər.

“Ukrayna suverendir və müttəfiq qoşunlarının öz ərazisində olmasını tələb edərsə, bu, Rusiyanın razı olub-olmamasından asılı deyil”, – o vurğulayıb.

Bundan əvvəl Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bəyan etmişdi ki, Rusiya Federasiyası Ukraynaya mümkün kontingentin tərkibində göndərilə biləcək xarici hərbçiləri sülhməramlı kimi qəbul etməyəcək.

Martın 6-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukraynada xarici sülhməramlıların yerləşdirilməsi məsələsində güzəştə getməyəcəyini vurğulamışdı.