Rusiyanın Barnaul şəhərinin “Meşə nağılı” zooparkında “mahnı oxuyan” Şirxan adlı pələng balası izləyicilərin marağına səbəb olub.
İstedadlı pələngin video görüntüləri heyvanxananın “VKontakte” sosial şəbəkəsindəki səhifəsində paylaşılıb.
Kadrlarda pələng balasının daş üzərində oturaraq qəribə səslər çıxarması əks olunub.
İzləyicilərin bir çoxu isə pələngin ağladığını yazıb və bunun səbəbini soruşublar.