“Magistraturaya qəbul imtahanları üzrə nəticələr yaxın günlərdə məlum olacaq”.
Bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bu gün magistratura imtahanına ikinci cəhd üçün imtahanlar keçirilir:
“Regionlardan məlumatlar daxil olandan sonra emal prosesi olacaq. Buna uyğun nəticələrin iki gün ərzində elan edilməsi planlaşdırılır”.