Mağazada satıcı işləyən məşhur aparıcı: “Şou-biznesdən tanışlarımı görəndə utanırdım” – VİDEO

0
542

ARB TV-nin “Onun Sirri” proqramının növbəti buraxılışında qonaq qismində verilişin aparıcısı Lətafət Ələkbərova olub.

Tanınmış aparıcı illər öncə maddi sıxıntıdan ticarətlə məşğul olduğunu etiraf edib:

“2000-ci illərin əvvəllərində bir sıra televiziya layihələrim ilə ulduz olmuşdum, uğursuz ailə həyatımın ardınca çox ciddi eniş yaşadım. Ayrıldıqdan sonra həyatımda bir dönəm çox çətin günlər oldu. İşdən uzaqlaşmışdım, heç yerdə işə qəbul ola bilmirdim. Övladımın 1 yaşı var idi. Ona qida belə ala bilmirdim, işığımızı kəsirdilər, susuz qalırdıq. Banklara borcum var idi. Maşınımı satdım. O pulla borclarımın bir qismini ödədim. Qalan məbləğlə də özümə kiçik ticarət qurdum. Mağaza kirayələyib, qadın paltarları satmağa başladım. Bir ticarət mərkəzindən mal alıb, öz mağazamda satırdım. Orada şou-biznesdən tanışlarımı görəndə utanırdım”.