Mağazada oynayan uşaqlara yaxınlaşaraq yumruq atdı – VİDEO

0
414
51 yaşlı kişi mağazada videooyun oynayan iki uşağa yaxınlaşaraq, onları qəddarcasına vurub. Uşaqlardan birinin 11, digərinin beş yaşlarında olduğu bildirilir. Hadisə Kaliforniyada qeydə alınıb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Baş verənlər müşahidə kameraları tərəfindən qeydə alınıb.

Kadrlardan görünür ki, kişi uşaqları vurduqdan sonra 11 yaşlı uşaq balacaya yaxınlaşaraq, onu təhlükəsiz yerə aparıb.

Polis bildirib ki, Cef Hardkasl narkotikin təsiri altında olub. Məhkəmə artıq 56 yaşlı kişini doqquz il müddətinə azadlıqdan məhrum edib.