Macarların damarında türk qanı axır

0
382

Mən qıpçaqların böyük dostu Qazaxıstanın birinci Prezidenti Nazarbayevi ali mükafat alması münasibətilə təbrik etmək istəyirəm. Burada iştirak edənlərin heç də hamısı bəlkə də bilmir ki, Macarıstanda qıpçaqlar yaşayır və macarların çoxunun damarlarında qıpçaq qanı axır. Onların hətta öz bələdiyyəsi, özünüidarə orqanları da var. Cənab Prezident Nazarbayev macar qıpçaqlarının fəxri prezidentidir. Hər il qıpçaqlar iclas keçirəndə biz onu Macarıstandan salamlayırıq. Cənab Prezident, Sizi ali mükafat münasibətilə bir daha təbik edirik.
Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib.
Baş nazir ilk dəfə Qırğızıstanda Türk Şurasının iclasında iştirak etdiyini bildirib: