Macarıstanın ölkəmizdəki səfiri tələbələrə şəxsi təcrübəsindən danışıb

0
575

Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi Azərbaycan Dillər Universitetində (ADU) olub.

ADU-dan bildirilib ki, diplomat universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb. Viktor Sederkenyi görüşdə şəxsi təcrübəsi, təhsil illəri və diplomatik fəaliyyətindən, eyni zamanda, Macarıstan-Azərbaycan əlaqələrindən danışıb.

Tədbir ADU-nun Beynəlxalq əlaqələr şöbəsi və Macar dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb.