Sosial şəbəkələrdə paylaşılan bütün məlumatlar araşdırılacaq.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində baş verən proseslərə münasibət bildirərkən deyib.
MSK sədri bildirib ki, paylaşılan məlumatlarla bağlı ciddi ölçü götürüləcək:
“Kimsə yerlərdə xoşagəlməz addımlar atırsa, bu məsələlərlə bağlı qanunvericiliyə uyğun addımlar atılacaq. Prosesə on minlərlə insan cəlb olunub. Bu insanların müəyyən bir faizi görünür ki, qeyri-ciddi insanlardır, bu prosesdə onlar iştirak etməməlidir. Onlar haqqında ciddi ölçü götürüləcək”.