Məzahir Pənahov: “MSK buna göz yumur”

0
605

Təqvim planında göstərilənin əksinə seçkiqabağı təşviqat prosesi elə dekabrın 5-dən başlayıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi mətbuat konfransında deyib.

O xatırladıb ki, əslində isə rəsmi şəkildə təşviqat yanvarın 17-dən başlayıb.

“MSK buna göz yumur. Ancaq biz buna görə heç nə itirməmişik. Cəmiyyət bunun sayəsində namizədlərlə təmasda olub”,- deyə M.Pənahov əlavə edib.