Mətbuat işçiləri proseslərin gedişində azaddırlar. Onlar sərbəst şəkildə istədikləri məntəqədə seçki prosesini izləyə bilərlər.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, seçkilərlə bağlı məlumatları ictimaiyyətə çatdırmaq üçün hər cür şərait yaradılıb: “Azərbaycanda 2018-ci ilin sonundan başlayaraq vətəndaşlara son nəsil şəxsiyyət vəsiqəsi paylanılıb. Hazırda 1,5 milyon vətəndaşa yeni şəxsiyyət vəsiqələri paylanılıb. Bununıla bağlı bütün seçki məntəqələrinə məlumat oxuyan qurğu ilə təmin olunub. Bununla bağlı heç bir problem yoxdur”.