Məxfi sənəd sızdı: Putin bu ölkəni ələ keçirməyə hazırlaşır

0
212

Putin 2030-cu ilə qədər Belarusu “ittifaqı dövləti” layihəsi çərçivəsində Rusiyaya birləşdirməyi planlaşdırır.
Bu barədə məlumatlar mediaya sızıb.

Rusiya prezidentinin 2018-ci ildə yaratdığı Xarici Əməkdaşlıq Komitəsi tərəfindən hazırlanan sənədlər “Yahoo! News” saytına və “Sueddeutsche Zeitung” qəzetinə sızdırılıb.

“Rusiyanın Belarusdakı strateji hədəfləri” adı ilə yayımlanan sənədlərdə Belarusun ələ keçirilməsi qısa, orta və uzunmüddətli perspektiv olmaqla üç mərhələdə əksini tapır. Orta perspektiv 2025-ci il nəzərdə tutulur, uzaq perspektiv isə 2030-cu ildir