Mətbuat Şurasının saytı bloklandı – Qurum pulsuz qalıb?

0
381

Azərbaycan Mətbuat Şurasının rəsmi saytı blok edilib. “presscounsil.az” adı altında fəaliyyət göstərən internet resursuna giriş mümkünsüzləşib.

Jurnalist təşkilatının saytının hansı səbəbə bloklanması aydın deyil. Lakin, ilkin ehtimala görə, Azərbaycan Mətbuat Şurası saytın fəaliyyəti üçün domenin qoşulduğu xostinq-provayderə pul ödənişi etməyib.
Kifayət qədər maliyyə resurslarına sahib olan MŞ-nin rəsmi saytında belə halların yaşanması ürəkaçan deyil. Ən əsası, belə anlaşılır ki, saytların fəaliyyətini təftiş edən bir qurum öz saytının fasiləsiz yayımına nəzarət edə bilmir, texniki məsələlərə laqeyd yanaşır.