Dünyaca məşhur makaron istehsalçısı “Barilla” şirkətinin məhsulunda sağlamlıq üçün təhlükəli maddə tapılıb.
Söhbət tam buğda tərkibli “Penne Rigate Integrale” məhsulundan gedir.
Bir məhsul partiyasında normadan artıq qurğuşun müəyyən olunması nəticəsində bütün buğda makaronunun satışdan çıxarılması barədə qərar verilib.
Qeyd edək ki, sözügedən makaronlar daha çox Almaniya və İsveçrədə satışda olub.