Məşhur seysmoloqdan xəbərdarlıq: bu bölgələrdə güclü zəlzələ gözlənilir

0
199

Xəbər verdiyimiz kimi, Türkiyənin Malatya vilayətinin Doğanşehir-Söğüt bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələ üzrə alim, professor Naci Görür son vaxtlar yeraltı təkanların qərbə doğru dəyişməsinə diqqət çəkib.

Bu barədə sosial media hesabında paylaşım edən alim, zəlzələlərin Doğanşehir və Malatya qırılmalarında gözləndiyini bildirib. Onun sözlərinə görə, buna səbəb bölgənin 6 fevral zəlzələlərindən sonra yüklənmiş olmasıdır.