Rusiyalı rejissor Vitali Manskinin İrəvan Dövlət Teatr və Kino İnstitutunda planlaşdırılan festivalı ləğv edilib.
Bununla bağlı məlumat institutdan verilib:
“Artdocfest” festivalının direktoru Vitali Manskinin son “Facebook” paylaşımından sonra Yerevan Dövlət Teatr və Kino İnstitutu 23-26 noyabr tarixlərində universitetdə keçiriləcək festivalı ləğv etmək qərarına gəlib”, – məlumatda deyilir.
Səbəb isə rejissorun Bakıdan – Heydər Əliyev Hava Limanından paylaşdığı şəkil və yazdığı status olub.
Rejissor qeyd edib ki, artıq ikinci dəfədir ki, Qələbə günündə Bakıdadır. Birinci gəlişi o qədər təsirli olub ki, indi yeni film çəkmək üçün buradadır. Onun bu paylaşımı erməniləri özündən çıxardıb. Ona görə də rejissoru İrəvana buraxmamaq qərarına gəliblər.
