2020-ci il, o cümlədən 2021-ci illin gərgin keçəcəyi ilə bağlı astroloqlar və numeroloqlar əvvəlcədən proqnoz vermişdilər. Maraqlıdır, 2022-ci il üçün nələr gözlənilir?
Bu barədə numeroloq Coş Siqel fikirlərini bölüşüb. O qeyd edib ki, 2022-ci ildəki “22” rəqəmi numerologiyada yeniliklərin qurulması ilə əlaqəlidir – yəni bu, pandemiyadan əvvəlki həyatımıza tamamilə qayıdacağımız və həyatımızı yenidən quracağımız deməkdir.
“Təbii ki, bu iki ildən aldığımız dərslər, apardığımız müşahidələr bizimlə olacaq və bəzi şeyləri unutmadan birlik şüuru ilə hərəkət edəcəyik”, – deyən Siqel 2022-ci ilin effektinin 2021-ci ilin oktyabrından başladığını da söyləyib:
“Buna görə də planlarınıza fokuslanmaq üçün 2022-ci ili gözləyin. Numerologiyaya görə, 22 rəqəminin başqa bir mənası da balansla əlaqəlidir. Xüsusilə, işgüzar və ikitərəfli münasibətlərdə tarazlığı qorumaq üçün əlavə səylər göstərməli ola bilərsiniz. 22 rəqəminin enerjisi iş sahəsində güc gətirir. Əgər çalışqan bir insansınızsa, məsuliyyətlərdən çəkinməyin. Yeni addımlar atmağı, nəyisə sınamağı sevirsinizsə, 2022-ci il sizi bu mənada dəstəkləyici bir enerji ilə əhatə edə bilər. Başladığınız bizneslər qısa zamanda gözlənilməz uğur gətirə və böyüyə bilər”.