Britaniyalı müğənni Mayk Berri 82 yaşında vəfat edib.
Bu barədə onun meneceri və dostu Piter Stokton məlumat yayıb.
Onun sözlərinə görə, sənətçi dünən səhər saatlarında ailə üzvlərinin əhatəsində dünyasını dəyişib.
Qeyd edək ki, Mayk Berri daha çox “Don’t You Think It’s Time”, “The Sunshine of Your Smile” mahnıları ilə tanınıb.