Məşhur İsveçrə müğənnisi Bakıda konsert verəcək

0
140

“İsveçrə ilə Azərbaycan arasında körpülərin qurulması – dünya turu” çərçivəsində isveçrəli müğənni Sofi dö Kue Bakıda konsert proqramları ilə çıxış edəcək.

Bu barədə İsveçrənin Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müğənni multiinstrumental ifaçı kimi istedadına və ifasına görə “ahtapot adam” ləqəbi ilə tanınan Simon Jaccard ilə birgə sentyabrın 18-i 19:00-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında, sentyabrın 19-u saat 20:00-da isə “Events Hall”da çıxış edəcəklər.

Xanım Sofi, həmçinin sentyabrın 19-da Azərbaycan Milli Konservatoriyasında seminar keçirəcək.

Xatırladaq ki, Sofi dö Kue Simon Jaccard ilə birgə indiyə qədər Livan, İsveçrə, Belçika, ABŞ, Çin, Hindistan, Sinqapur, Yaponiya, Rumıniya, Polşa, Türkiyə, İtaliya, Fransa, İspaniya və Böyük Britaniyada çıxış edib.