Futbolçunun belə bir addım atmasına səbəb bir qrup “Manşester Yunayted”li fanatın ona aqressiv münasibəti olub.
“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba özünə mühafizəçi it alıb.
Bu haqda “The Sun” nəşri məlumat yayıb. Fransalı oyunçu rotveylerə görə mühafizə məqsədilə itlərin böyüdülməsi və tərbiyəsi ilə məşğul olan şirkətə 15 min funt sterlinq ödəyib. Futbolçunun belə bir addım atmasına səbəb bir qrup “Manşester Yunayted”li fanatın ona aqressiv münasibəti olub. Bundan başqa, klubun bazası yaxınlığında “Pogba Out” sözləri də yazılıb.
Qeyd edək ki, buna qədər Poqbanın komanda yoldaşları Fil Cons və Markus Raşford da sözügedən şirkətdən it alıblar. Şirkətdən bildirilib ki, itlər sahibindən əmr almadığı müddətdə özlərini ətrafa qarşı sakit aparırlar.