Braziliyanın əsas futbol liqasında çıxış edən “Flamenqo” klubunda 38 nəfərin yeni tip koronavirusa yoluxduğu açıqlanıb.
Klubda futbolçular, inzibati işçilər və ailə üzvləri də daxil olmaqla, 293 nəfərin koronavirus testindən keçirildiyi bildirilib.
Yoluxanlardan üçünün futbolçu olduğu bildirilib. Ümumilikdə, testləri müsbət çıxmış 38 nəfərin heç birində xəstəlik simptomları müşahidə olunmayıb.