Məşhur erməni ekstrasens İnaradan şok iddia: Bu tarixdə müharibə olacaq, Paşinyan öldürüləcək

0
103

Erməni ekstrasens İnara Qriqoryan Ermənistanın və baş nazir Nikol Paşinyanın gələcəyi ilə bağlı proqnozlarını açıqlayıb.

Qriqoryan bu barədə “Hraparak”a müsahibəsində danışıb.

O bildirir ki, Ermənistanda 2025-ci ilə qədər irimiqyaslı müharibə əməliyyatları görmür, lakin 2025-ci ildə böyük müharibə, eləcə də yeni epidemiya görür. Ekstrasens yeni epidemiyanı covid-19 ilə müqayisə edib və ölümlər gördüyünü deyib. İnara Qriqoryan Nikol Paşinyanın həyatının təhlükədə olduğunu deyib.

“Hakimiyyəti kənarlaşdırmaq üçün kənarda mübarizə gedir, burada nə baş verəcəyini dəqiq bilmirəm, amma sentyabrın sonunda, oktyabrda Ermənistan lideri təhlükə qarşısındadır. Ehtiyat etməli olduğu təhlükə, fərqinə vardığından qat-qat böyük təhlükə. Ümumiyyətlə, insan özünü heç bir təhlükə görmədiyi tərəfdən qorumalıdır. Söhbət bundan gedir. Təhlükə mövqeyində deyil, həyatındadır”, – Qriqoryan iddia edib.

Ekstrasens bildirib ki, 2025-ci ildən əvvəl müharibə görmür, amma 2025-ci ildə görür:

“2025-ci ildə mən də koronavirus kimi olduqca ağır bir xəstəlik görürəm. Daha da pis bir xəstəlik var ki, geniş yayıla bilər. Mən başqa millətlərin nümayəndələrini – Ermənistana daxil olan miqrantları da görürəm. Tövsiyə edərdim ki, pasport idarələri daha diqqətli olsunlar. Qonşu ölkələrdə hakimiyyət dəyişikliyi görürəm, bir qadın liderin hadisə yerinə gəldiyini görürəm. İki il hakimiyyətdə olacaq, iki ildən sonra gedəcək. O, uzun müddət hökmranlıq edə bilməz, öldürüləcək”.

Böyük ehtimalla, Qriqoryan qadın lider haqqında danışarkən Gürcüstanda yaşanan gərginliyi nəzərdə tutur. O, Salome Zurabişvilinin hakimiyyətə gələcəyini və tezliklə də devriləcəyini proqnozlaşdırır.