Məşhur bloqerin ad günündə faciə – Həyat yoldaşı da öldü

0
425
Rusiyanın məşhur bloqeri Yekaterina Didenko doğum gününü qeyd edərkən faciə baş verib.

Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva hamam kompleksində təşkil edilmiş ziyafətdə hovuza 25 kiloqram buz tökülüb, bundan sonra kimyəvi reaksiya başlayıb.

Nəticədə iki nəfər yerindəcə ölüb, Didenkonun həyat yoldaşı olduğu deyilən şəxs isə xəstəxanada dünyasını dəyişib.

“Düşündüm ki, bu həqiqət deyil. Bunun yuxu olduğunu xəyal etdim”, – deyə bloqer yazıb. O, istintaq sirrinə görə, hər hansı informasiya verə bilməyəcəyini söyləyib.

Xatırladaq ki, hadisə ilə bağlı İstintaq Komitəsi ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb. İstintaqçılar artıq hamam kompleksinin işçilərini dindiriblər.

Pərvanə Sultanova