Məşhur alman avtomobil nəhəgi “BMW” bir işçisinin koronavirus testinin müsbət çıxmasından sonra 150 çalışanını karantinə alıb.
Sözügedən firma “Münhendəki ofisimizdəki bir çalışanımızın koronavirus testi müsbət çıxdı. Əməkdaşımız ötən həftənin sonundan bəri lazımi müalicələri almaq üçün xəstəxanada qalır. Hazırda vəziyyətində müsbət istiqamətdə dəyişiklik var”şəklində açıqlama verib.
İşçilərinin sağlamlığı və təhlükəsizliyinin onlar üçün vacib olduğunu bildirən məşhur firma virusa yoluxan işçi ilə təmasda olan digər işçilərin 14 günlük karantində saxlanılacağını açıqlayıb. İşçinin təmas etdiyi yerlərin dezinfeksiya ediləcəyini söyləyən firma çalışanların hər hansı bir məhdudiyyət olmadan işlərinə dvam edəcəklərini ifadə edib.