Məşhur aktrisa vəfat etdi

0
391

Fransız aktrisa və müğənni Mari Lafore İsveçrədə vəfat edib.

Aktrisa 80 yaşı qeyd olunduqdan bir ay sonra vəfat edib. M. Laforenin ölümünün səbəbi açıqlanmır.

Qeyd edək ki, əsl Adı Maytena Mari Brijitt Dumenak olan aktrisa 1960-cı ildə rejissor Rene Klemanın “Parlaq günəşdə” filmində Alen Delonla birgə çəkilib. M. Lafore ifa etdiyi mahnılarla da məşhurdur. Həmin mahnılar sırasında Fransua Ozonun çəkdiyi “8 qadın” filmində səsləndirilən “Mon amour, mon ami”, o cümlədən “Viens, viens”, “Manchester et Liverpool” və digərləri var.